Valyuta məzənnəsi
Xəbər lentİ

ABŞ qəzetində “Azərbaycana yardım edək” məqaləsi

10:07, 09.06.21
azerbaycan, siyaset
ABŞ qəzetində “Azərbaycana yardım edək” məqaləsi

ABŞ-ın “The Palm Beach Post” qəzetində “Azərbaycana yardım edək” sərlövhəli məqalə dərc olunub.

Xeberpress.az xəbər verir ki, məqalədə “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılma müddətinin Prezident Bayden və dövlət katibi Blinken tərəfindən uzadılması barədə söhbət açılır.

Qeyd olunur ki, Azərbaycan uzun illər ərzində ABŞ və NATO qoşunları üçün yükdaşıma məntəqəsi olub. Əfqanıstanda müharibənin qızğın dövründə ABŞ hərbçiləri üçün yanacaq, ərzaq və geyim tədarükünün 30 faizindən çoxu məhz Azərbaycandan həyata keçirilib. Erməni lobbisi tərəfindən göstərilən təzyiqə baxmayaraq, Prezident Bayden və dövlət katibi Blinken düzgün qərar qəbul edib, Amerikanın maraqlarına önəm verməklə 1992-ci il tarixli “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin qüvvəsini təkrarən dayandırıblar. Məqalədə ABŞ və NATO-nun Qafqazda və Xəzər regionunda az sayda tərəfdaşlarından biri olan Azərbaycana yardım ayrılmasını davam etdirməyin vacibliyi qeyd edilib.

Qeyd olunur ki, Azərbaycan ABŞ Silahlı Qüvvələrinin beynəlxalq terrorçuluğa qarşı mübarizədə operativ hazırlığının dəstəklənməsində mühüm rol oynayır. Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətini məlumatlandırma kampaniyası çərçivəsində dərc olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla