Valyuta məzənnəsi
Xəbər lentİ

Bosniya və Herseqovina parlament nümayəndə heyəti Bakıda

12:43, 08.06.21
azerbaycan, siyaset
Bosniya və Herseqovina parlament nümayəndə heyəti Bakıda

Bosniya və Herseqovina parlament nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Xeberpress.az parlamentin mətbuat xidmətinin verdiyi məlumata görə bildirir ki, iyunun 8-də Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Bosniya və Herseqovina ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Bosniya və Herseqovina Parlament nümayəndə heyəti Azərbaycan rəsmləri ilə bir sıra görüşlər keçirəcək, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Səfər iyunun 10-da başa çatacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla