Valyuta məzənnəsi
Xəbər lentİ

Deputat Xaçmazda seçiciləri ilə görüşdü

11:33, 08.06.21
azerbaycan, bolge
Deputat Xaçmazda seçiciləri ilə görüşdü

Deputat Sevil Mikayılova Xaçmazda seçiciləri ilə görüşdü.

Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə deputatı Sevil Mikayılova növbəti dəfə Xaçmazda olub.

Xeberpress.az-ın məlumatına görə, mütəmadi olaraq seçicilərlə görüşən millət vəkili bu dəfə rayonun Bostançı, Dədəli, Əhmədoba və Qımılqışlaq kənd sakinlərini qəbul edib.

Kənd sakinləri yararsız yollar, qaz və elektrik enerjisi təchizatı ilə bağlı problemləri, eləcə də digər şəxsi məişət xarakterli müraciətlərini səsləndiriblər. Müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, araşdırılması zaman tələb edən digər məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atılıb.

Millət vəkili qəbula gələn vətəndaşlara ölkədə aparılan tibbi peyvəndlənmə prosesinə aktiv qoşulmağı da tövsiyə edib.

Seçicilər qaldırdıqları məsələlərin millət vəkilinin təşəbbüsü ilə qısa zamanda həllini tapacağına ümid etdiklərini ifadə ediblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla