Valyuta məzənnəsi
Xəbər lentİ

Pakistanda qatar qəzasında 32 nəfər həlak olub

11:30, 07.06.21
azerbaycan, dunya
Pakistanda qatar qəzasında 32 nəfər həlak olub

Pakistanda qatarların toqquşması nəticəsində 32 nəfər həlak oldu.

Bu gün Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində azı 32 nəfər həlak olub, 64 nəfər yaralanıb.

Xeberpress.az Geo TV telekanalına istinadla xəbər verir ki, qəza Sind əyalətinin Qotki şəhəri yaxınlığında baş verib. Qatarlardan biri relsdən çıxıb, bundan sonra ikinci qatar ona çırpılıb.

Polisin nümayəndəsi bildirib ki, yerli sakinlər, xilasedicilər və polis əməkdaşları yaralıları və həlak olanların cəsədlərini yaxınlıqdakı xəstəxanalara çatdırırlar.

Hazırda xilasetmə əməliyyatları davam etdirilir.

Qəzanın səbəbi hələlik açıqlanmır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla