Valyuta məzənnəsi
Xəbər lentİ

Ağdamda narkotik tərkibli bitkilər aşkar edilib

09:27, 07.06.21
azerbaycan, hadise
Ağdamda narkotik tərkibli bitkilər aşkar edilib

Ağdamın azad olunan ərazisində narkotik plantasiyası aşkarlanıb.

Ağdam rayonunun işğaldan azad edilmiş kəndində narkotik tərkibli bitkilər aşkar edilib.

Xeberpress.az bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Tədbir zamanı rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla