Valyuta məzənnəsi
Xəbər lentİ

Sirac Abışov və Məhərrəm İbrahimov Kəlbəcərdə minaya düşərək həlak oldular

12:57, 04.06.21
azerbaycan, hadise
Sirac Abışov və Məhərrəm İbrahimov Kəlbəcərdə minaya düşərək həlak oldular

AzTv və Azərtac-ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular.

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Avtobus minaya düşüb. Aztv-nin rejissoru Emin Məmmədov, kənd sakini və sürücü yaralanıb.

Xeberpress.az xəbər verir ki, bu barədə AzTv-dən bildirilib.

"“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!" - deyə məlumatda qeyd olunub.

Allah rəhmət eləsin!

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla