Valyuta məzənnəsi
Xəbər lentİ

Bizim vəzifəmiz ən yaxşı olmaqdır - Azərbaycan gimnastları

10:40, 30.05.21
azerbaycan, idman
Bizim vəzifəmiz ən yaxşı olmaqdır - Azərbaycan gimnastları

Dünya Çempionatında qazandığımız qızıl medalı ölkəmizə həsr edirik.

Aerobika gimnastikası üzrə 16-cı Dünya Çempionatında qazandığımız qızıl medalı Azərbaycan Respublikasına həsr edirik.

Xeberpress.az bildirir ki, bunu Dünya Çempionatında aerodans proqramında birinci yeri tutan Azərbaycan gimnastları (Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nərminə Hüseynova, Ayxan Əhmədli, Nigar İbrahimbəyli və Akif Kərimlidən) deyib.

İdmançılar bildirib: "Seçmə mərhələdəki çıxışımız 28 May Respublika Gününə təsadüf etmişdi və biz Dünya Çempionatında qazandığımız medalları Respublikamıza həsr edirik".

Gimnastlar dəstəyə və yarışa hazırlaşmaq üçün yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlıqlarını bildiriblər:

Azərbaycan komandasının üzvü Akif Kərimli bildirib: "Pandemiya zamanı yarışa hazırlaşmağımız üçün hər cür şərait yaradıldı ki, dünya çempionatında layiqincə çıxış edə bilək. Yarışmada xalça üzərinə səkkiz nəfərlik bir komanda çıxır, amma arxamızda ürəkləri bizimlə həmrəy olaraq döyünən bir çox insan var. Onlara minnətdarlığımızı bildiririk".

Bu qələbə kontekstində idmançılar qızıl medal qazandıqları 2019-cu ildə keçirilən Avropa çempionatını xatırladıblar: "Avropa və dünya çempionatlarının proqramlarını müqayisə etsək, bu il dəyişikliklər edilmişdi, hərəkətlər çətinləşmişdi. Bundan əlavə, 2021-ci ildə keçirilən yarışmada Avropa çempionu statusunda çıxış etdik və bu adı saxlamalı idik"

Gimnastlar bildirib ki, onların hər hansı bir yarışmada əsas vəzifələri proqramı yaxşı təqdim etməkdir.

A.Kərimli qeyd edib ki, iştirak etdiyimiz yarışlarda medallar heç vaxt hədəfimiz olmayıb: "Bizim vəzifəmiz ən yaxşı olmaq, proqramı yüksək səviyyədə təqdim etməkdir. Nə Avropa çempionatında, nə də Dünya çempionatında komanda yoldaşlarımla medallardan danışmadıq, ən əsası ləyaqətlə çıxış etməkdir".

Gimnastlar həmçinin tribunalarda azarkeşlərin olmamağından danışıblar: "Azarkeşlərin yaratdığı atmosfer önəmlidir, onların dəstəyi idmançıları ruhlandırır. Ancaq pandemiya səbəbi ilə tribunaların boş olmasına baxmayaraq azarkeşlərin dəstəyini hiss etdik".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla