Valyuta məzənnəsi
Xəbər lentİ

Ermənistan ciddi seçim qarşısındadır - Deputat

11:33, 25.05.21
azerbaycan, siyaset
Ermənistan ciddi seçim qarşısındadır - Deputat

Ermənistan 30 illik işğalın böyük səhv olduğunu anlamalı, sağlam düşüncəyə əsaslanan yeni yanaşma nümayiş etdirməlidir.

Qırx dörd günlük Vətən müharibəsində qazanılmış Qələbənin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, artıq regionun tarixində yeni bir dövrün başlanması, əməkdaşlıq, sülh və sabitlik mühitinin yaradılması zərurətə çevrilib. Azərbaycan Prezidentinin də dəfələrlə vurğuladığı kimi, artıq gələcəyə baxmaq zamanıdır.

Xeberpress.az bildirir ki, bu fikri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

S.Məmmədov qeyd edib ki, müharibədən sonra yaranmış yeni reallığı nəinki Ermənistan, eyni zamanda, regionda maraqları olan bütün dövlətlər qəbul etməli, düzgün qiymətləndirməlidir. İstənilən təşəbbüs məhz sülhə, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına xidmət etməlidir.

Deputat bildirib ki, Azərbaycan hər zaman Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün çoxsaylı təşəbbüslərin müəllifi kimi çıxış edib: “Azərbaycan müharibədə qalib gəlmiş dövlət kimi, regionda sülhün və sabitliyin təmin olunmasında məsuliyyət daşıdığını nümayiş etdirir və bütün siyasi aktorları da eyni məsuliyyətlə yanaşmağa dəvət edir. Çünki xalqlar arasında qarşılıqlı dialoqu, dövlətlər arasında əməkdaşlığı təmin etmədən inkişafdan danışmaq mümkün deyil. Bu baxımdan, Prezident İlham Əliyevin “Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur” fikri bütün dünyaya olduqca əhəmiyyətli mesaj verir”.

Ermənistanın 30 illik işğal dövründə Azərbaycan ərazilərində böyük miqyaslı dağıntılar törətdiyini, yüz minlərlə azərbaycanlının evinin yerlə-yeksan edildiyini vurğulayan S.Məmmədov deyib: “Bütün bunlara baxmayaraq, Azərbaycan yenə də dialoqun, qarşılıqlı faydalı müzakirələrin tərəfdarı kimi çıxış edir. Ermənistanda səslənən revanşist bəyanatlar, müxtəlif ölkələrin, beynəlxalq təşkilatların parlamentlərinin qəbul etdiyi əsassız sənədlər isə regionda sülhün təmin olunmasına xidmət etmir. Ermənistan 30 illik işğalın böyük səhv olduğunu anlamalı, yaranmış yeni vəziyyətdə daha praqmatik, sağlam düşüncəyə əsaslanan yeni strateji yanaşma nümayiş etdirməlidir. Hesab edirəm ki, bütün proseslər, indiki siyasi, iqtisadi və hərbi reallıqlar onu göstərir ki, Ermənistan çox ciddi seçim qarşısındadır. Əgər Ermənistan növbəti dəfə qisasçı, təcavüzkar yolu seçsə, bu ölkəni daha böyük fəlakətlər gözləyə bilər”.

Milli Məclisin deputatı Ermənistanda bir-birini əvəz edən hakimiyyətlərin 30 il ərazində öz xalqını aldatdığını vurğulayaraq, erməni xalqın tarixin dərslərindən nəticə çıxarmalı olduğunu vurğulayıb. Qeyd edib ki, Cənubi Qafqazın bütün xalqlarının təhlükəsiz, rahat və rifah içində yaşamaq haqqı var.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla