Valyuta məzənnəsi
Xəbər lentİ

Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə edilir

11:30, 24.05.21
azerbaycan, iqtisadiyyat
Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə edilir

Milli Məclisin komitə iclasında 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə olunur.

Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. İclasda Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov və digər rəsmi şəxslər iştirak edirlər.

Xeberpress.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Deputatlar əvvəlcə gündəlikdəki birinci məsələ - “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxaracaqlar.

Sonra komitə üzvləri “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə (hər ikisi birinci oxunuş) münasibət bildirəcəklər.

Qanun layihələri komitə üzvləri tərəfindən müzakirə edildikdən sonra plenar iclasa tövsiyə olunacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla