Valyuta məzənnəsi
Xəbər lentİ

Biz sizin hərəkətlərinizi izləyirik - Co Bayden

11:47, 21.05.21
azerbaycan, dunya
Biz sizin hərəkətlərinizi izləyirik - Co Bayden

Co Bayden Asiya mənşəli amerikalılara nifrət zəminində cinayətlərin qarşısının alınmasına yönəlmiş qanun imzalayıb.

Prezident Co Bayden COVID-19 pandemiyası başlanandan bəri Asiya mənşəli amerikalılara nifrət zəminində cinayətlərin sayının artmasını nəzərə alaraq, belə cinayətlərin qarşısının alınmasına yönəlmiş qanun imzalayıb.

Xeberpress.az bildirir ki, Ağ evdə qanunun imzalanması mərasimində müvafiq qanun layihəsinin müəllifləri – Havay ştatından senator Mazi Xirono, İllinoys ştatından senator Temmi Dakvort və Nümayəndələr Palatasının üzvləri – Kaliforniyadan Cudi Çu və Nyu-Yorkdan Qreys Menq iştirak ediblər.

Bayden deyib: “Mən cinayət törətməyə çalışanların hamısına müraciət edirəm: biz sizin hərəkətlərinizi izləyirik. Biz nifrət zəminində cinayətlərə son qoymaq əzmindəyik”.

Yeni qanun layihəsi Asiya mənşəli amerikalılara nifrət zəminində cinayətlərə görə cinayət təqibini sadələşdirəcək və sürətləndirəcək, belə hadisələr barədə internet vasitəsilə məlumatlandırma metodlarını müəyyən edəcək. Senatda bu qanun layihəsinin qəbul edilməsinin lehinə 94, onun əleyhinə 1 senator, Nümayəndələr Palatasında isə qanun layihəsinin qəbul edilməsinin lehinə 364, onun əleyhinə 62 konqresmen səs verib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla