Valyuta məzənnəsi
Xəbər lentİ

DSMF-nin sabiq müdirinin qanunsuz əməlləri ilə bağlı işi məhkəmədə

12:39, 16.05.21
azerbaycan, hadise
DSMF-nin sabiq müdirinin qanunsuz əməlləri ilə bağlı işi məhkəmədə

DSMF-nin Şabran rayon şöbəsinin sabiq müdirinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsində 2017-2020-ci illər ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası vəziyyətinin yoxlanılması zamanı nöqsanların aşkarlanması faktı ilə bağlı həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq aparılıb.

Xeberpress.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Fondun Şabran rayon şöbəsinin müdiri İlqar Rzayevin işlədiyi müddətdə həmin şöbənin mühasibat uçotu sektorunun müdiri Elvin Hüseynov və digər vəzifəli şəxsləri ilə birlikdə vətəndaşların müraciəti əsasında ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi üçün əsaslar olduğu halda, vəzifə saxtakarlığına yol verməklə dövlət büdcəsinə ümumilikdə 341 min manat məbləğində ziyan vurduğu müəyyənləşdirilib.

Toplanmış sübutlarla İlqar Rzayev, Elvin Hüseynov və digərlərinə Cinayət Məcəlləsinin 179.3.2-ci (israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ), 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan olunub. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı vurulmuş maddi ziyanın 138 min manatlıq hissəsi ödətdirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla