Valyuta məzənnəsi
Xəbər lentİ

BMT-nin qətnamələrinin icrasına nail olmaqda Azərbaycan nümunəsi

11:45, 16.05.21
azerbaycan, siyaset
BMT-nin qətnamələrinin icrasına nail olmaqda Azərbaycan nümunəsi

Beynəlxalq toplantı iştirakçıları Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırılıb.

Mayın 14-də NATO Parlament Assambleyasının (PA) yaz sessiyası işə başlayıb. Sessiya çərçivəsində regional və beynəlxalq təhlükəsizliklə əlaqədar bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.

Xeberpress.az xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri və NATO PA-nın Siyasi komitəsinin üzvü Siyavuş Novruzov toplantıda çıxış edərək, müzakirəyə çıxarılan ümumi məsələlərə münasibət bildirib. O, həmçinin postmünaqişə dövründə bölgədə təhlükəsizlik mühiti və əməkdaşlıq imkanlarından danışıb.

Regionda təhlükəsizlik və sülhün təmin olunması üçün iki mühüm amilin xüsusi əhəmiyyət daşıdığını qeyd edən komitə sədri deyib: “Bunlardan biri dövlətlərin ərazi bütövlüyünün tanınmasıdır. Azərbaycan Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü tanıdığı halda, Ermənistan əks mövqe nümayiş etdirir. Yəni, bu ölkələrin ərazi bütövlüyünü tanımır və suverenliyinə hörmət göstərmir. Sülh və təhlükəsizlik üçün zəruri olan digər məsələ isə qəbul edilmiş qətnamələrin tam və qeyd-şərtsiz yerinə yetirilməsidir. Azərbaycan 30 ildir həllini tapmayan münaqişəni öz hərbi-siyasi gücü ilə həll etməklə uzun müddət BMT-nin kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail oldu. Beləliklə, ölkəmiz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə BMT-nin müvafiq qətnamələrinin icrasına nail olmaq məsələsində Azərbaycan nümunəsi yaratdı”.

Milli Məclisin komitə sədri Ermənistanın silahlandırılmasının regionda sülhə, təhlükəsizliyə ciddi təhdidlər yaratdığını və bu ölkəni cinayətkar hərəkətlərə təşviq etdiyini vurğulayıb. O qeyd edib ki, Ermənistan ona verilən silahlardan istifadə etməklə müharibə cinayətləri törədib. Təcavüzkar ölkə Azərbaycanın mülki əhalisini, xəstəxanaları, məktəbləri, uşaq bağçalarını, çoxsaylı yaşayış məntəqələrini hədəfə alıb, nəticədə dinc sakinlər, o cümlədən uşaqlar, qadınlar və qocalar yaralanıb və ya həyatlarını itiriblər.

Siyavuş Novruzov Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində yüz mindən artıq işarələnməmiş mina yerləşdiriliyini də toplantı iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, minaların yaşayış yerlərinin, xüsusən çayların, yol kəsişmələrinin və qəbiristanlıqların yaxınlığında basdırılması 1949-cu il tarixli Cenevrə konvensiyalarının və I Əlavə Protokolun kobud şəkildə pozulması faktıdır. “İndiyə qədər Ermənistan işğalından azad edilmiş torpaqlarda baş vermiş mina partlayışları nəticəsində 12-si mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı həlak olub, eyni zamanda, 17-si mülki şəxs olmaqla, 85 vətəndaş ağır yaralanıb”, - deyə o vurğulayıb.

Parlamentari qeyd edib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməməsi aşkar müharibə cinayətidir. O, dünya ictimaiyyəti, o cümlədən beynəlxalq təşkilatlar və NATO Parlament Assambleyası tərəfindən bu məsələ ilə əlaqədar Azərbaycana dəstək, Ermənistana isə təzyiq göstərilməsinin vacib olduğunu beynəlxalq toplantı iştirakçılarının nəzərinə çatdırıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla