Valyuta məzənnəsi
Xəbər lentİ

Bayden Trampın bu fərmanlarını ləğv edib

11:37, 15.05.21
azerbaycan, dunya
Bayden Trampın bu fərmanlarını ləğv edib

Co Bayden Trampın imzaladığı 7 fərmanı ləğv edib.

ABŞ Prezidenti Co Bayden Donald Trampın təsdiq etdiyi yeddi fərmanı ləğv edib.

Xeberpress.az bildirir ki, bu barədə Ağ Evin məlumatında bildirilib.

Beləliklə, Tramp tərəfindən imzalanan tibbi sığorta, dotasiya, abidələrin, heykəllərin qorunması, habelə məmurların müxtəlif qayda pozduğuna görə mühakimə edilməkdən qorunması, onlayn senzuranın qarşısının alınması və s. fərmanlar artıq qüvvədən düşmüş hesab edilir.

Baydenin imzaladığı fərmanda qeyd edilib ki, bunlar ABŞ-ın maraqlarını cavab vermir.

Qeyd edək ki, ləğv edilmiş fərmanlar Tramp tərəfindən 2020-ci ilin mayından 2021-ci ilin yanvarınadək müddətdə imzalanmışdı.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla