Valyuta məzənnəsi
Xəbər lentİ

YAP Səbaildə Ramazan bayramı münasibətilə növbəti sosial aksiya

11:26, 15.05.21
azerbaycan, cemiyyet
YAP Səbaildə Ramazan bayramı münasibətilə növbəti sosial aksiya

YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib.

Müqəddəs Ramazan bayramı münasibətilə YAP Səbail rayon təşkilatında qurbanlar kəsilib və Səbail rayonu ərazisində xüsusi qayğıya ehtiyacı olan 101 ailəyə, o cümlədən Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə, Birinci Qarabağ müharibəsinin şəhid ailələri və veteranlarına, Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələrə, əlil vətəndaşlara və tənha ahıllara, xəstələrə, kimsəsizlərə qurban payları çatdırılıb.

Xeberpress.az xəbər verir ki, sosial aksiya çərçivəsində rayon partiya təşkilatının fəal gəncləri Səbail rayonunun şəhidlərinin və qazilərinin ailələrini ziyarət ediblər, ailə üzvlərinin gündəlik qayğıları ilə maraqlanıblar. Həmçinin Səbail rayonunun Birinci Qarabağ müharibəsinin şəhid ailələri və veteranları ilə görüşlər təşkil olunub. Tənha ahıllar, xəstələr, kimsəsizlər, eləcə də Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələr, əlil vətəndaşlar evlərində ziyarət olunub və onlara qurban payları çatdırılıb.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Yeni Azərbaycan Partiyasına və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla