Valyuta məzənnəsi
Xəbər lentİ

Millət vəkili Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb

10:52, 15.05.21
azerbaycan, bolge
Millət vəkili Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb

Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb.

104 saylı Gədəbəy- Tovuz seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəy rayonlarında şəhid, qazi ailələri və seçicilərlə görüşlər keçirib.

Xeberpress.az-ın məlumatına görə, deputat Tovuz rayonunun Qaradaş, Qaralar, Bayramlı kəndlərində şəhid ailələrini ziyarət edib və həmin kəndlərdə seçiciləri ilə görüşlər keçirib. Görüşdə şəhid ailələrini və seçiciləri maraqlandıran suallara aydınlıq gətirilib, problemləri dinlənilərək, müəyyən məsələlər yerində öz həllini tapıb.

Görüşlər Gədəbəy rayonu ərazisində davam etdirilərək, Gədəbəy rayonunun Novosaratovka kəndindən olan şəhid Rzayev Hüseyin Aslan oğlunun doğum günü ilə əlaqədar ailəsinə baş çəkilib, şəhidin əziz xatirəsinə və qələbəmizə həsr edilmiş hədiyyələr təqdim edilib.

Daha sonra Gədəbəy rayonunun Novosaratovka kəndində şəhid Hüseynov Azər Mahal oğlunun və şəhid Rzayev Əli Rəsul oğlunun ailələri ziyarət edilib, şəhidlərin əziz xatirəsinə və qələbəmizə həsr edilmiş hədiyyələr təqdim edilib.

Şəhid ailələri və digər seçicilərin arzu, istək və tələblərinin həlli istiqamətində müvafiq addımların atılması barədə aidiyyəti üzrə tövsiyyə və tapşırıqlar verilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla