Valyuta məzənnəsi
Xəbər lentİ

Nazir təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

15:10, 22.05.19
azerbaycan, siyaset
Nazir təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrinin iştirakı ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyib. Nazir qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla