Yükləmə gedir gözləyin...
Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisini“Tərəqqi” medalı ilə təltif etdi - SİYAHI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam verdi
Sərəncamda deyilir:
"Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Abdusəmədov Qurban Əli oğlu
Əmrahov Rasim Zeyqəm oğlu
Mehtiyev Rafail Mehti oğlu
Mirzəliyev Əbülfəz Bağman oğlu
Tahirov Xaləddin Şərif oğlu."
Oxşar xəbərlər: