Valyuta məzənnəsi
Xəbər lentİ

Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

16:26, 24.09.18
azerbaycan, medeniyyet
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakıda səfərdə olan Rusiyanın məşhur yazıçı-dramaturqu Yuri Polyakov və onun ailə üzvləri, o cümlədən Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, ziyarətçilər Ulu Öndərin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıblar.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, abidəsi önünə tər çiçəklər düzülüb.

Qonaqlar və teatrın rəhbərliyində təmsil olunan şəxslər, yaradıcı heyət, truppa üzvləri Şəhidlər xiyabanını da ziyarət edib, Vətən uğrunda canından keçən şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub, onların xatirəsini hörmət və ehtiram hissi ilə yad ediblər.

Qeyd edək ki, sentyabrın 23-də Akademik Milli Dram Teatrında Yuri Polyakovun “Sinif yoldaşları” tamaşasının uğurlu premyerası olub.

Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.

Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla