Valyuta məzənnəsi
Xəbər lentİ

Bakı Şəhər İH-nin əhaliyə MÜRACİƏTİ

16:34, 09.08.18
azerbaycan, cemiyyet
Bakı Şəhər İH-nin əhaliyə MÜRACİƏTİ

Bakı Şəhər İcra Hakimiyyəti son günlər küləyin güclənməsi ilə bağlı əhaliyə müraciət edib.

Xeberpress.az xəbər verir ki, Meriyanın Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəçi İdarəsinin rəisi Orxan Məmmədov qafqazinfo-ya açıqlamasında bildirib ki, güclü külək avqust ayı ərzində çoxlu hündür və iri gövdəli ağacı aşırıb.

O.Məmmədov paytaxt əhalisinə xəbərdarlıq edərək küləkli havalarda avtomobillərini böyük ağacların yanında saxlamamağı xahiş edib: "Yalnız bu gün ərzində şəhərin 6 yerində ağac aşıb. Onların biri, Nəsimi rayonunda baş verən hadisədə ağac avtobus dayanacağının üstünə düşüb. Amma xəsarət alan olmayıb, ciddi ziyan yoxdur".

Meriya rəsmisi qeyd edib ki, Bakıda torpağın münbit olmaması sağlam ağacların da aşmasına səbəb olur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla