Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan nümayəndə heyəti İƏİT-in komitə görüşündə iştirak edib

09:15, 02.07.18
azerbaycan, siyaset
Azərbaycan nümayəndə heyəti İƏİT-in komitə görüşündə iştirak edib

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin nümayəndə heyəti ölkəmizin qonaq statusunda təmsil olunduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) İnkişafa Yardım Komitəsinin Qiymətləndirmə Şəbəkəsinin Parisdə keçirilən görüşündə iştirak edib.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, görüşün əsas məqsədi komitəyə üzv və iştirakçı ölkələrin həyata keçirdiyi inkişafa yardım proqramlarının qiymətləndirilməsi olub. Görüşdə donor ölkələr tərəfindən inkişafa göstərilən yardımın səmərəliliyinin artırılması, həmçinin siyasət strategiyalarının daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan 35 ölkənin üzv olduğu və inkişafa yardım sahəsində dünyada ən nüfuzlu beynəlxalq qurum sayılan İƏİT-in İnkişafa Yardım Komitəsində 2015-ci ildə qonaq statusu əldə edib. Bu təşkilatın komitə iclaslarında iştirak Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinə, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni siyasi tərəfdaşlığın əldə edilməsinə xidmət edir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla