Valyuta məzənnəsi
Xəbər lentİ

"İlhamə Quliyeva Aygün Kazımovaya görə qarşıma çıxdı" - Natavan

10:28, 11.06.18
azerbaycan, video
"İlhamə Quliyeva Aygün Kazımovaya görə qarşıma çıxdı" - Natavan

“Sağ olanda onun əlini öpmək üçün növbəyə düzülürdülər. İndi onun adı ilə zarafat edirlər. O, sağ olanda həmin insanlar onun yanına gəlmək üçün gözləyirdilər. Onun hər kəlməsindən qorxurdular. İndi hamı çox rahat danışır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi Nail Naiboğlunun “Stop” verilişində deyib. O, əməkdar artist Röya Ayxanın onun ünvanına dediyi “Mənə İlhamə Quliyeva deyirdiniz. Gördünüz, Natavan oldu” sözlərinə cavab verib.

Natavan mərhum xalq artisti İlhamə Quliyeva ilə aralarında baş verən inciklikdən danışıb:

“Qalmaqalımız aramızda oldu. Səbəbi Aygün Kazımova idi. Nədənsə, ona görə mənim qarşıma çıxdı. Başqa qüvvələr onu bu addımı atmağa məcbur etdi. O, bunları mənə ölümündən 2-3 gün qabaq etiraf etdi. Heç kim bilmir bu şou-biznessdə nələr olacaq. Məndə çox söhbətlər var. İlhamə Quliyevanın yolu ilə getmirəm”.

Sənətçi Röya ilə küsülü olmaları haqda suala belə cavab verib:

“Bilmirəm nəyin üstündə danışmırıq. Aygün Kazımova ilə böyük dava idi, yadımda qalıb. Amma Röya ilə bilmirəm. Maraqsızdı”.


Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla