Valyuta məzənnəsi
Xəbər lentİ

Bakıda toyundan imtina etdiyi deyilən gəlindən AÇIQLAMA

15:24, 27.09.16
azerbaycan, cemiyyet
Bakıda toyundan imtina etdiyi deyilən gəlindən AÇIQLAMA

Ötən gün toyları olan "Ümid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin sakinləri Elşən və Əfsanə Abduləliyevlər mətbuatda barələrində yazılanlarla bağlı açıqlama veriblər.

Xeberpress.az-ın ölkə.az-a istinadən məlumatıan görə, E.Abduləliyev bildirib ki, həyat yoldaşı dükanların birində geyimi bəyənmədiyi üçün başqa dükana müraciət etməli olublar:

"Burada şişirdiləsi bir şey yox idi. Sadəcə, geyimi bəyənmədi, digər dükana keçdik. Hazırda çox xoşbəxtik, hər şey də qaydasındadır. Rasim Məmmədov adlı QHT rəhbəri bizi bir aylıq evlə təmin edib. Hələ ki işsizəm. Amma sürücü kimi işə başlayacağam. Elza Seyidcahan, Niyaməddin Musayev, Gülyaz-Gülyanaq Məmmədovalar, skripkaçı Səlim Abbasov və digər tanınmış sənət adamları toyumuzda iştirak elədilər. Onlara da sizin vasitənizlə təşəkkürümü bildirirəm".

Geyimə görə toyuna gəlməkdən imtina etdiyi deyilən Əfsanə Abduləliyeva isə əməkdaşımızla söhbətində bunları deyib:

"Mənə də çox maraqlıdır ki, bu xəbəri hansı əsasla yazıblar. Geyimə görə toydan imtina etmək ağılsızlıq olardı. Sadəcə dükanın birindən paltarı bəyənmədik, digər dükana keçdik".

Xatırladaq ki, mediada geyimi bəyənmədiyinə görə Əfsanə Abduləliyevanın toya gəlməkdən imtina etdiyi xəbəri yayılmışdı.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla