Valyuta məzənnəsi
Xəbər lentİ

“Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalına start verilir

11:11, 01.05.18
azerbaycan, bolge
“Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalına start verilir

Bu gün Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalına start veriləcək.

Xeberpress.az-ın məlumatına görə, AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər Şahmat Mərkəzində keçiriləcək beynəlxalq yarış mayın 10-dək davam edəcək.

Yarışlar 3 qrup - A turniri (beynəlxalq əmsalı 2250-dən yuxarı olan şahmatçılar), B turniri (əmsalı 2249-dən aşağı olan şahmatçılar) və C turniri (12 yaşadək uşaqların yarışı) üzrə keçiriləcək.

Festival iştirakçılarının ilkin siyahısında Azərbaycan, Belarus, İsrail, Niderland, Almaniya, İspaniya, Yunanıstan, İran, Bolqarıstan və digər ölkələri təmsil edən 100-dən çox şahmatçı qeydiyyata alınıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla