Valyuta məzənnəsi
Xəbər lentİ

Millimiz dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb

09:07, 19.09.16
azerbaycan, idman
Millimiz dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında Azərbaycan millisi qrup mərhələsində üçüncü oyununu keçirib.

Xeberpress.az APA-ya istinadən xəbər verir ki, yığmamız Medelyin şəhərində İran futzalçıları ilə qarşılaşıb.

Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Beləliklə, millimiz dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb. Millimiz İranla eyni xal toplayıb, lakin top fərqinə görə turnir cədvəlində rəqibini qabaqlaya bilib. Futzalçılarımız 1/8 finalda Tailand yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan millisi turnirdə keçirdiyi ilk oyunda Mərakeşi 5:0 məğlub edib, İspaniyaya isə 2:4 hesabı ilə uduzub.

Azərbaycan-İran 3:3
Qollar: Tyaqu, Qallo (2): İsmayılpur, Tavakoli, Tayebi

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla