Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Həbsdən çıxan manyakın geri dönüşü əhali arasında böyük qorxu yaradıb

14:13, 15.01.18
azerbaycan, dunya
Həbsdən çıxan manyakın geri dönüşü əhali arasında böyük qorxu yaradıb

İngiltərədə Meksika əsilli 14 yaşlı qızla zorla cinsi münasibətdə olub, öldürdükdən sonra yeməyə çalışan "Hannibal" ləqəbli manyak Dale Bolingerin ABŞ-ın Nebraska əyalətində geri döndüyü xəbəri əhalini gərgin duruma salıb.

Xeberpress.az-ın məlumatına görə, Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Bolinger sözügedən qətl olayına görə 3 il öncə həbs olunub.

60 yaşlı Dale Bolingerin məhkəmədə 6 yaşından bu yana adam yemək fikrinə düşdüyünü dediyi bildirilir. O, ifadəsində "Bir qız uşağını yemək necə olur, maraqlı gəlirdi" demişdi.

Polislərin Nebraskadakı nəzarəti gücləndirilib. ABŞ-lı cinayətkarın bölgəyə geri dönüşünün əyalətdəki ailələrdə böyük qorxu yaratdığı deyilir.

Qeyd edək ki, 14 yaşlı qızla e-mail vasitəsi ilə tanış olub, onunla görüş təyin edən Dale öncə bir balta alıb.

Ancaq olayın ortaya çıxmasından sonra bunun Bolingerin ilk belə cinayət əməli olmadığı məlum olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla