Valyuta məzənnəsi
Xəbər lentİ
 16:43  Sabahın HAVASI
 15:46  Sabahın HAVASI

Türkiyədə "quş qripi" aşkarlanıb

09:27, 15.01.18
azerbaycan, dunya
Türkiyədə "quş qripi" aşkarlanıb

Türkiyənin şərqindəki Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlanıb.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, "quş qripi" virusu aşkarlanan kənddə, xəstə quşların məhv edilməsi üçün profilaktik tədbirlər həyata keçirilib.

Məlumata əsasən, "quş qripi" tez bir zamanda aşkarlandığı üçün və operativ profilaktik tədbirlər nəticəsində virusun insanlara keçmə riski qeydə alınmayıb.

Hazırda ətraf kəndlərdə "quş qripi"nə qarşı analoji olaraq profilaktik tədbirlər keçirilir.

Məlumat üçün qeyd edək ki, son dəfə Türkiyədə "quş qripi" 2015-ci ilin iyun ayında İstanbulda aşkarlanıb.

İstanbulda "quş qripi"nin aşkarlanması faktından sonra ölkədə uzun müddət profilaktik məqsədlərlə sentyabrın sonunadək vəhşi quşların ovuna qadağa qoyulmuşdu.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla