Valyuta məzənnəsi
Xəbər lentİ

Mark Zukerberq bir gündə 2,9 milyard dollar itirdi

09:09, 15.01.18
azerbaycan, texnologiya
Mark Zukerberq bir gündə 2,9 milyard dollar itirdi

"Facebook" xəbər lentində dəyişikliklərin edilməsi ilə bağlı səsləndirilən bəyanat sosial şəbəkənin qurucusu Mark Zukerberqə 2,9 milyard dollara başa gəlib.

Xeberpress.az lent.az-a istinadən bildirir ki, Zukerberq "Facebook"un xəbər lentinə dəyişikliklər etmək planlarını açıqladıqdan sonra şirkətin səhmləri 3,9 faiz düşüb.

"Bloomberg Billionaires Index"in məlumatına əsasən, nəticədə Zukerberqin varidatı 77,3 milyard dollardan 74,4 milyard dollara qədər azalıb.

Səhmlərin düşməsi tendensiyası ticarət sessiyasının sonuna qədər saxlanılsa, o zaman Mark Zukerberq "Bloomberg"in versiyasına əsasən tərtib edilmiş dünyanın ən varlı adamları siyahısındakı dördüncü yeri itirəcək və öz yerini "Zara" şirkətinin sahibi Amansio Ortegaya vermiş olacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla