Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Bakıda və Abşeron yarımadasında ilk qar əsasən yanvar-fevral aylarında yağır

17:29, 10.01.18
azerbaycan, cemiyyet
Bakıda və Abşeron yarımadasında ilk qar əsasən yanvar-fevral aylarında yağır

Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağıntılı keçib, sulu qar, qar yağıb. Son illər ərzində Bakıya və Abşeron yarımadasına ən tez qar 2011-ci il noyabrın 7-də, daha sonra 24 və 25-də yağıb. Ən çox qar yağması isə 2002-ci il dekabrın 11-də qeydə alınıb. Belə ki, həmin gün paytaxtda qar örtüyünün hündürlüyü yarım metr təşkil edib. Ümumiyyətlə, son 20 il ərzində 2002 və 2011-ci illəri çıxmaq şərti ilə, Bakıya və Abşeron yarımadasına ilk qar əsasən, yanvarda, o cümlədən fevralda yağıb.

Xeberpress.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

A.Verdiyev bildirib ki, ölkə ərazisində qarın ən tez yağması 2015-ci il oktyabrın 4-5-də Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində müşahidə edilib. Ümumiyyətlə, Azərbaycanda qar örtüyünün hündürlüyünün dağlıq ərazilərdə 1-1,5 metr təşkil etməsi də qeydə alınıb.

Baş hidroloq qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yanvarın ikinci və üçüncü ongünlüyündə, o cümlədən fevralda qar yağacağı istisna edilmir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla