Valyuta məzənnəsi
Xəbər lentİ

Bu gün ANS-in şikayətinə baxılıb

15:36, 08.09.16
azerbaycan, cemiyyet
Bu gün ANS-in şikayətinə baxılıb

Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə şirkətin Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə hakim Sevda Hüseynovanın sədrliyi ilə baxılıb.

Xeberpress.az-ın "Bizim yol"a istinadən məlumatına görə, məhkəmə ANS-in şikayətini icraata götürüb. Hakim ilk məhkəmə prosesini sentyabrın 15-ə təyin edib. Qeyd edək ki, məhkəmə prosesinə media nümayəndələri, xarici ölkə səfirliklərinin nümayəndələri də qatılıb.

Jurnalistlərin suallarını cavablandıran şirkətin prezindeti Vahid Mustafayev bildirib ki, ədalət ANS-in yenidən açılmasıdır:

“Biz Azərbaycan xalqına, dövlətçiliyinə yenidən qulluq etmək fikrindəyik. İnşallah, hər şey yaxşı olacaq”.

Media nümayəndələri Mais Məmmədovun prezidentə ünvanladığı müraciətin nəyisə dəyişib-dəyişməyəcəyi ilə bağlı sualaına cavabında V.Mustafayev bildirib ki, M.Məmmədov kollektiv adından şəxsi müraciət edib:

“Sadəcə olaraq bir müraciətdir. Mən keçən dəfə də dedim. Biz siyasətçi deyilik, əsgərik. Bizim Ali Baş komandanımız var. İnamımız yalnız onadır. Gözləyirik ki, Ali Baş Komandan ədalətlə bu məsələnin həll olunmasında bizə kömək olacaq. Biz də öz növbəmizdə çalışırıq ki, hüquqi yolla nəsə edək”.

V.Mustafayev onlara dəstək olan jurnalistlərə də öz təşəkkürünü bildirib. Onun sözlərinə görə, media nümayənədələri bu ağır gündə jurnalist olaraq jurnalistlərə kömək edir:

“25 ildir ki, jurnalistikadayıq. Demək olar ki, jurnalistikanın ilk qaranquşlarıyıq. Bu 25 ildə biz çalışmışıq ki, jurnalistlərin həmrəyliyi olsun. Həmişə ANS olaraq hər bir mətbu orqanına kömək etmişik. Jurnalist olmaq ağır işdir. Hər an müxtəlif problemlərlə rastlaşırıq. Hər an, hər saniyə qərar qəbul etmək qarşısında dayanırıq. Sözsüz ki, bu işlə məşğul olan hər bir adam çox məsuliyyətli olmalıdır. Ona görə sizə təşəkkür edirəm ki, bu ağır günlərdə bizim yanımızdasınız”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla