Valyuta məzənnəsi
Xəbər lentİ

“Apple” şirkəti yeni rekorda imza atıb

16:45, 08.01.18
azerbaycan, texnologiya
“Apple” şirkəti yeni rekorda imza atıb

“Apple” şirkətinin vitse-prezidenti Fil Şiller “App Store” əlavələr mağazasının növbəti rekorda imza ataraq bayram günlərində 890 milyon dollardan çox qazanc əldə etdiyini bildirib.

Xeberpress.az-ın məlumatına görə, AZƏRTAC “macdigger.ru” saytına istinadla xəbər verir ki, vitse-prezident, həmçinin əlavə edib ki, 2017-ci ildə şirkətin əlavə tərtibatçıları 26,5 milyard dollar qazanıblar. Bu, ötən ildəkindən 30 faiz çoxdur.

F.Şillerin sözlərinə görə, ötən il ərzində şirkətin ən böyük nailiyyəti “App Store” mağazasının “iOS 11” əməliyyat sistemində dizaynını yeniləməsidir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla