Valyuta məzənnəsi
Xəbər lentİ

Təcili yardım xidmətinin ödənişli olub-olmayacağı haqqında AÇIQLAMA

13:53, 08.09.16
azerbaycan, cemiyyet
Təcili yardım xidmətinin ödənişli olub-olmayacağı haqqında AÇIQLAMA

Təciyi yardımların ödənişli olması bu gün Səhiyyə Nazirliyinin gündəmində dayanan məsələ deyil, lakin hərdən təcili yardıma aid olmayan çağırışlar edilir.

Xeberpress.az bildirir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, bu cür çağırışlar dövlətə maliyyə vəsaitinə başa gəlir: "Kimisi təzyiqini və yaxud da temperaturunu ölçdürmək üçün təcili yardım çağırır. Bu, doğru deyil. Ancaq təcili yardımın ödənişli olması Səhiyyə Nazirliyi qarşısında dayanan məsələ deyil, dövlət səhiyyə xidməti pulsuzdur".

Nazir müavini bildirib ki, tibbi sığortaya keçiddən sonra tibb müəssisələrinin, təcili yardımın da haradasa müəyyən hissəsinin gələcəkdə pullu olması mümkün ola bilər, ancaq bu, bu günün mövzusu deyil.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla