Valyuta məzənnəsi
Xəbər lentİ

Atadan qızına 300 minlik hədiyyə

11:13, 08.09.16
azerbaycan, cemiyyet
Atadan qızına 300 minlik hədiyyə

Bakıda çəkilmiş foto sosial şəbəkədə böyük marağa və paylaşımlara səbəb olub. Xeberpress.az xəbər verir ki, fotoda 99 DT 414 dövlət nömrə nişanlı evakuatorun üzərində qiyməti təxminən 300 min manat olan "Mercedes-Benz"-G63 avtomobili əks olunub.

Bahalı avtomobil gül və qırmızı lentlərlə bəzədilib. Avtomobilin ön şüşəsinin yuxarı tərəfindəki "atadan" və nömrə yerindəki "ad günün mübarək" sözləri onun hədiyyə olduğunu göstərir. Həmin övladın və atasının adı isə məlum deyil.

Xeberpress.az. hədiyyə avtomobilin dövlət nömrə nişanlı fotosunu əldə edib. Sayta daxil olan məlumata görə, 10 TJ 100 dövlət nömrə nişanlı avtomobili qızına hədiyyə edən ata Azərbaycanın məşhur biznesmenlərindəndir.

------------------

07.09.2016

22:19

Bakının mərkəzi küçələrindən birində çəkilmiş foto sosial şəbəkələrdə paylaşılır.

Xeberpress.az bildirir ki, fotoda Mercedes-Benz G63 markalı avtomobil evakuator maşınında aparılır. Mercedes-Benz G63-in Bakıda satış qiyməti 270-300 min manat arasındadır.

Çiçəklər və bantlarla bəzədilmiş avtomobilin ön şüşəsində rus dilində "Ot papı" ("Atandan"), nömrə nişanı yerində isə "Ad günün mübarək!" yazılıb.

Səxavətli atanın kimliyi hələ bəlli deyil.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla