Valyuta məzənnəsi
Xəbər lentİ

Bəşər Əsəd terrorçudur - Ərdoğan

17:07, 27.12.17
azerbaycan, dunya
Bəşər Əsəd terrorçudur - Ərdoğan

"Bəşər Əsəd dövlət terroru həyata keçirmiş terrorçudur".

Xeberpress.az xəbər verir ki, APA-nın “İhlas” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunisə səfəri çərçivəsində həmkarı El-Baci Kaid es-Sibsi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

R. T. Ərdoğan bildirib ki, B. Əsədlə irəli getmək mümkün deyil: “Bir milyona yaxın vətəndaşını öldürmüş prezidentlə necə gələcək qurmaq olar? Suriya xalqı belə bir şəxsi prezident kimi görmək istəyərmi? Bu, öldürülmüş insanlara qarşı haqsızlıq olar. Suriyada hələ də qan axıdılır. Çox açıq söyləyirəm: Əsəd dövlət terroru həyata keçirmiş bir terrorçudur. Əsəd qaldıqca hüzur olmaz”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla