Valyuta məzənnəsi

Binəqədidə soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

16:46, 25.12.17
azerbaycan, hadise
Binəqədidə soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə soyğunçuluq faktı barədə məlumat daxil olub.

Xeberpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla dekabrın 20-də saat 2 radələrində Ş.Məmmədova küçəsində yerləşən kompüter oyunları zalında naməlum şəxslərin oranın sahibi, Abşeron rayon sakini Samir Salmanova zor tətbiq edəcəkləri ilə hədələyib 280 manatını almaları məlum olub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinənlər müəyyənləşdirilərək saxlanılıb və istintaqa təhvil veriliblər.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Aqşin Camalov və Emil Qurbanov olduqları müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri aparılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla