Valyuta məzənnəsi

Qarsda avtobus qəzasında yaralanan azərbaycanlıların vəziyyəti haqda - YENİLƏNİB

14:07, 25.12.17
azerbaycan, hadise
Qarsda avtobus qəzasında yaralanan azərbaycanlıların vəziyyəti haqda - YENİLƏNİB

İçərisində azərbaycanlıların olduğu avtobusun Qarsda qəzaya uğraması nəticəsində ölən və ağır xəsarət alan yoxdur.

Xeberpress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.

O bildirib ki, avtobus İstanbuldan İğdır istiqamətində hərəkət edib: "Hadisə nəticəsində 30-a yaxın şəxs yaralanıb. Onlardan sürücü Türkiyə, qalanları Azərbaycan vətəndaşıdır. Xəsarətlər yüngüldür, qol və qabırğa sınığı kimi xəsarətlərdir. Xəsarət alanlar Sarıqamış və Qars xəstəxanalarına yerləşdiriliblər".

Xəstəxanaya yerləşdirilən azərbaycanlıların vəziyyəti yaxşıdır.

Bu barədə Trend-ə Sarıqamış dövlət xəstəxanasından bildiriblər.

Qeyd olunub ki, xəstəxanaya yerləşdirilən 28 azərbaycanlı yüngül xəsarət alıb: "Qəza nəticəsində avtobus şüşələrinin qırıntısı onların əksəriyyətinin üz nahiyəsinə yüngül kəsik xəsarəti yetirib".

----------

12:48

Qarsda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan azərbaycanlıların həyatı üçün hər hansı təhlükə yoxdur.

Xeberpress.az xəbər verir ki, bu barədə Trend-ə Qars dövlət xəstəxanasından bildiriblər.

Xəstəxanaya ümumilikdə neçə yaralının yerləşdirildiyi bildirilməsə də, ambulator yardımdan sonra 4 nəfərin buraxıldığı deyilib.

Qeyd edək ki, Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu Qarsda aşıb. Qəza nəticəsində 30 nəfər xəsarət alıb.

----------

12:37

Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu Qarsda aşıb.

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 30 nəfər xəsarət alıb.

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Yaralıların əksəriyyətinin Naxçıvandan olduğu deyilir. Onlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdiriliblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla