Valyuta məzənnəsi

Şəhidlər üçün ayrıca məzarlığın salınması məsələsinə MÜNASİBƏT

15:06, 21.12.17
azerbaycan, cemiyyet
Şəhidlər üçün ayrıca məzarlığın salınması məsələsinə MÜNASİBƏT

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri şəhidlər üçün ayrıca məzarlığın salınması ilə bağlı Milli Məclisin komitə iclasında səsləndirilən fikrə münasibət bildirib.

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb ki, döyüş zamanı şəhid olan əsgərlərin dəfni ilə bağlı qaydalar mövcuddur və bütün məzarlıqlarda həmin qaydalar tətbiq olunur: "Təklif olunur ki, ayrıca məzarlıq salınsın. Hazırkı qaydalarda şəhidlərin dəfni məzarlıqların bir hissəsində həyata keçirilir. Yəni, ümumi qaydalar mövcuddur".

O, həmçinin əlavə edib ki, bu təklif müzakirə edilə bilər.

Qeyd edək ki, şəhid olan hərbçilərə ayrıca məzarlığın salınması təklifini Milli Məclisin Regional Komitəsinin sədri Arif Rəhimzadə irəli sürüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla