Valyuta məzənnəsi

Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirilir

11:55, 20.12.17
azerbaycan, cemiyyet
Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirilir

Dekabrın 20-də “Hyatt Regency” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər təşkilatının icra etdiyi “Tütünsüz Cəmiyyət” layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunan Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirilir.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Milli Məclis aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Ramiz Əliyev və başqaları çıxış ediblər.

Konfransda bütün dünyada qeyri-infeksion xəstəliklərin əsas mənbələrindən birinə çevrilən tütünçəkmə problemləri, onun yeniyetmə və gənclər arasında yayılma dairəsi barədə söhbət gedəcək, “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi - əhəmiyyətli perspektivlər mövzusu müzakirə olunacaq, həmçinin tütünlə bağlı mübarizə sahəsindəki yeniliklərdən danışılacaq.

Konfrans çərçivəsində tütünlə mübarizə sahəsində görülən işlər, “Tütünə qarşı mübarizə üzrə” Dünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası, tütünlə mübarizə sahəsində dünya təcrübəsi və tütünlə mübarizə üsulları barədə çıxışlar və fikir mübadiləsi aparılacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla