Valyuta məzənnəsi
Xəbər lentİ
 14:34  Sabahın HAVASI

Ana ölümü ilə bağlı cinayət işi başlandı

09:49, 20.12.17
azerbaycan, hadise
Ana ölümü ilə bağlı cinayət işi başlandı

Bərdə rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıb.

Xeberpress.az xəbər verir ki, bu barədə Trend-ə Bərdə rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, baş vermiş ölüm hadisəsi ilə bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, dekabrın 19-da Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində doğuş zamanı ölüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla