Valyuta məzənnəsi
Xəbər lentİ

Doğum evində ana ölümünün səbəbi açıqlandı - RƏSMİ

14:44, 19.12.17
azerbaycan, hadise
Doğum evində ana ölümünün səbəbi açıqlandı - RƏSMİ

Bərdə rayon Doğum Evində baş verən ana ölümünün səbəbi açıqlanıb.

Xeberpress.az xəbər verir ki, Bərdə rayon Doğum Evinin müdiri Tünzalə Quliyeva Trend-ə bildirib ki, Bərdə rayon Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Könül Əliyeva qanlı ifrazat və son gəlişlə xəstəxanaya daxil olub. Xəstədə qanlı ifrazat olduğundan onun təcili qeysəriyyə əməliyyatı edilməsi zərurəti yaranıb. Əməliyyat zamanı qadında dölyanı maye embaliyası baş verib. Bu səbəbdən də K.Əliyeva dünyasını dəyişib.

Bildirilib ki, bu, qadının ilk hamləliyi olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla