Valyuta məzənnəsi
Xəbər lentİ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Çelsi” klubunun bazasında olub

14:34, 19.12.17
azerbaycan, idman
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Çelsi” klubunun bazasında olub

Futbol üzrə “Qarabağ” klubunun və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov İngiltərə “Çelsi” klubunun bazasında olub.

Xeberpress.az “Qarabağ” futbol klubunun saytına istinadla xəbər verir ki, Qurban Qurbanov səfər zamanı “Çelsi” ilə “Southampton” klubunun oyununu izləyib. Sonra klubun akademiyasında olan Q.Qurbanov “Çelsi”nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarını izləyib və klubun strukturu ilə tanış olub.

Səfər çərçivəsində “Çelsi”nin baş məşqçisi Antonio Konte ilə görüşən “Qarabağ”ın çalışdırıcısı həmkarı ilə fikir mübadiləsi aparıb və komandanın məşqinə baxıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla