Valyuta məzənnəsi
Xəbər lentİ

Ermənistan nə qədər ki, işğalçılıq siyasətini davam etdirəcək təzyiqlərlə qarşılaşacaq - Əhməd Yıldız

12:32, 19.12.17
azerbaycan, siyaset
Ermənistan nə qədər ki, işğalçılıq siyasətini davam etdirəcək təzyiqlərlə qarşılaşacaq - Əhməd Yıldız

Ermənistan nə qədər ki, işğalçılıq siyasətini davam etdirəcək təzyiqlərlə qarşılaşacaq.

Xeberpress.az xəbər verir ki, bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız söyləyib.

Onun sözlərinə görə, münaqişənin həlli istiqamətində Azərbaycanın tutduğu yol haqq yoludur.

“Türkiyə işğalçılıq siyasəti ilə bağlı Ermənistanla sərhədlərini bağlı saxlayır. Türkiyənin mövqeyi bəllidir, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”, - deyə Türkiyənin nazir müavini əlavə edib.

Ə.Yıldız bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində birgə layihələrin həyata keçirilməsinə maneə törədir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla