Valyuta məzənnəsi
Xəbər lentİ

Röya ilə Nigar arasında qalmaqal daha da böyüyür

12:27, 18.12.17
azerbaycan, maqazin
Röya ilə Nigar arasında qalmaqal daha da böyüyür

Əməkdar artist Röya Ayxan ilə müğənni Nigar Camal arasında qalmaqal daha da böyüyür.

Xeberpress.az Milli.Az-a istinadən xəbər verir ki, müğənni Nigar Camal sosial şəbəkədə Röyanın ittihamlarına cavab verib:

"Kaş ki, Miri Yusif kimi mən də təqdimata getməzdim. Oranı mənə çox təriflədilər. Heç "MUZ TV" mükafatları qədər deyil. Röya həmin günü həm məni, həm də Samir Cavadzadəni İnstaqram-da bloka atıb. Çünki biz duet oxuyacağıq. Əvvəlcədən ora gedəndə hamı bilirdi ki, qalib Röyadır. Kompleksi olan insanlar belə açıqlamalar verə bilər. Kimin sözü varsa, zəng vurub desin. Çıxıb efirdən bədənimi süni adlandırmaq lazım deyil. Özlərində yoxdur deyə mənimkinə sataşırlar. Qaldı ki, mən Anarın anasıyam ki (stilist Anar Ağakişiyev), Röyanı makiyaj etməyə qoymayım?"

Qeyd edək ki, ötən gün Röya açıqlamasında "Səhnəyə məni çağıranda ona əlimi atdım. Nigar isə arxasını çevirdi. Arxası da ki, hamısında yapışdırılmadı" deyərək Nigar Camala söz atmışdı.

Onu da bildirək ki, məşhur xanımlar arasında qalmaqal Türkiyədə keçirilən "Altın Kelebek" mükafat mərasimindən başlayıb.(azxeber.com)

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla