Valyuta məzənnəsi
Xəbər lentİ

Fanatları ilə şəkil çəkdirməyən Barışa irad - "Bir az sadə olun"

11:18, 14.12.17
azerbaycan, maqazin
Fanatları ilə şəkil çəkdirməyən Barışa irad - "Bir az sadə olun"

Ötən gün Nizami Kino Mərkəzində türkiyəli ulduzlar Barış Arduçla Elçin Sanqunun iştirakı ilə “Mutluluk zamanı” filminin qala gecəsi keçirilib.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, Barış, Elçin və Cengiz Bozkurt mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıblar.

Elçin Bakının bu qədər gözəl şəhər olduğunu təsəvvür etmədiyini deyib: “Şəhəriniz o qədər gözəldir ki, heç bir Avropa ölkəsindən fərqlənmir. Mədəniyyətlərimiz də bir-birinə yaxındır, ancaq sizdə daha moderndir. Bakını belə xəyal etməmişdim”.

Barış isə İçərişəhərdə Azərbaycan mətbəxinin təamlarından daddığını bildirib:

“Elə bil, Avropanın şəhərlərini toplayıb Azərbaycana gətiriblər. Elçinlə bura gələndən şəhərin gözəlliyindən danışırıq. İçərişəhərdə yeməklər yedik, ancaq adlarını bilmirəm, ləzzətli idi”.

Barış Arduç Elçin Sanqu ilə uzun müddət eyni layihələrdə olmağın tamaşaçıları yorub-yormamamsı ilə bağlı suala belə cavab verib:

“Elçinlə əvvəllər bir çox layihədə olmuşuq. Bu səbəbdən işimiz yüngülləşib.5 həftə birlikdə gözəl vaxt keçirdik. Serialın və filmin rejissoru Şenol Sönməzdir. Ancaq filmi izləyənlər görəcəklər ki, fərqli işdir. Bir-birimizə öyrəşdiyimizdən hər şey asan başa gəldi”.

Elçin isə Barışla bundan sonra da ortaq layihələrə imza atacağını bildirib:

“Düzdür, qüsurlarımız ola bilər, ancaq işimizdən razıyıq. Hər şey tamaşaçının seçimidir”.

B.Arduç qalaya gələn pərəstişkarları ilə şəkil çəkdirməməsi səbəbindən jurnalistlərdən birinin “Bir az sadə olun” iradına belə cavab verib:

“Mən özümdən biriyəm? Yox, bu belə deyil”.

Fanatları ilə şəkil çəkdirməyən Barışa irad - "Bir az sadə olun"
Fanatları ilə şəkil çəkdirməyən Barışa irad - "Bir az sadə olun"

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla