Valyuta məzənnəsi

"Niyə cılızlaşdırırıq?"- Ruhi İradə, Röya və Nigara səsləndi

16:20, 13.12.17
azerbaycan, maqazin
"Niyə cılızlaşdırırıq?"- Ruhi İradə, Röya və Nigara səsləndi

Müğənnilər İradə İbrahimova, Nigar Camalın əməkdar artist Röya Ayxanla qalmaqalına Ruhi Əliyeva münasibət bildirib.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, o, sənətçiləri barışığa çağırıb:

“Heç vaxt belə məsələlərə münasibət bildirməmişəm. Ancaq söhbət sevdiyim xanımlardan gedirsə, biganə qalmaq istəmədim. Düzdür, Nigar Camal zamanında bizə qələbə qazandırıb. O, beynəlxalq arenada Azərbaycanın bayrağını yüksəldib. Buna görə çox sevinmişik və təşəkkür də etmişik. Amma bir həqiqət var ki, Röya Azərbaycanın parlaq ulduzudur. Bunu Türkiyə kimi nəhəng bir ölkə də qəbul edirsə, bizə yalnız sevinmək düşər. Bu gün balaca uşaqdan belə soruşsan Röyanı sevdiyini deyəcək. İllərdir heç nə bu qadının sənətini kölgə altına ala bilmədi.

Belə uğurları niyə özümüz cılızlaşdırırıq ki? Biz yalnız uğurlarımızı qabartmalı, digər ölkələrə göstərməliyik.

O ki qaldı İradə İbrahimovaya... Bu xanıma da simpatiyam, hörmətim var. Gözəl anadır, zəngin repertuara malikdir.

Bu cür dəyərli xanımların bir-birini hədəf seçməsi məni üzür. Qızlar, hər birinizi sülhə çağırıram. Mükafatı bu gün Röya, sabah başqa ifaçımız alar. Bütün hallarda hər şey Azərbaycanın adıdır: sevinmək, irəli getmək və qürurlanmaq lazımdır”.

Qeyd edək ki, İ.İbrahimova Röya haqqında "Türkiyədə star olmayacaq" sözlərini demişdi. Röya isə ona "İradə xala" deyə, müraciət etmişdi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla