Valyuta məzənnəsi
Xəbər lentİ

Bu marşrut xəttinin hərəkətində dəyişiklik edilib

10:23, 11.12.17
azerbaycan, cemiyyet
Bu marşrut xəttinin hərəkətində dəyişiklik edilib

Paytaxtda 3 saylı marşrut xəttinin hərəkətində dəyişiklik edilib.

Xeberpress.az xəbər verir ki, "BakuBus" MMC-dən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Şövkət Məmmədov küçəsinin bağlanması ilə əlaqədar olaraq, 3 saylı marşrut xəttinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Belə ki, Atatürk prospekti, Şövkət Məmmədova, Abay Kunanbayev istiqaməti üzrə hərəkət edən avtobuslar artıq Atatürk prospekti, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov, Süleyman Sani Axundov küçələri ilə hərəkətlərini davam etdirir. Avtobuslar əks istiqamətdə də həmin hərəkət trayektoriyasını izləyir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla