Valyuta məzənnəsi
Xəbər lentİ

Elmar Məmmədyarovun Nalbandyanla görüşü başa çatıb - YENİLƏNİB

08:35, 07.12.17
azerbaycan, siyaset
Elmar Məmmədyarovun Nalbandyanla görüşü başa çatıb - YENİLƏNİB

Viyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirilən görüşü başa çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Tvitter" səhifəsində yazıb.

21:12

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hazırda ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşür.

Xeberpress.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə Vyanada görüş keçirir. Substantiv, intensiv və konkret müzakirələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün vacibdir".

Qeyd edək ki, nazir səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT Nazirlər Şurasının iclasında E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla