Valyuta məzənnəsi

Güclü komandaya qarşı oynayırdıq, amma futbolçularım layiqli mübarizə apardılar - Qurban Qurbanov

10:44, 06.12.17
azerbaycan, idman
Güclü komandaya qarşı oynayırdıq, amma futbolçularım layiqli mübarizə apardılar - Qurban Qurbanov

"Bütün futbolçularımdan razı qaldım".

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən "Roma" - "Qarabağ" oyunundan (1:0) sonra mətbuat konfransında deyib.

Ağdam təmsilçisinin baş məşqçisi "Roma"nı təbrik edib: "Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Məğlub olmaq istəmirdik, lakin bütün futbolçularımdan razı qaldım. Çox güclü komandaya qarşı oynayırdıq. Çox çətin idi. Ancaq futbolçularım layiqli mübarizə apardılar".

Qeyd edək ki, turnirdə C qrupunda mübarizə aparan "Qarabağ" 2 xalla sonuncu yeri tutub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla