Valyuta məzənnəsi
Xəbər lentİ

Saakaşvili istintaqa izahat verməkdən imtina edib

09:09, 06.12.17
azerbaycan, dunya
Saakaşvili istintaqa izahat verməkdən imtina edib

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili istintaqa izahat verməkdən imtina edib.

Xeberpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Yeni qüvvələr hərəkatı"nın mətbuat katibi Maryana Poçtar bildirib.

"Saakaşvili heç bir prosessual sənəd imzalamayıb, nə də almayıb. Nə o özü, nə də vəkilləri. Hətta şübhəli şəxs hesab olunmasına dair belə sənəd təqdim edilməyib", - deyə Maryana Poçtar bildirib.

Onun sözlərinə görə, dekabrın 6-na Ali Radanın qarşısında keçiriləcək brifinqdə M.Saakaşvili vəkilləri ilə birlikdə məsələyə aydınlıq gətirəcək.

Qeyd edək ki, Baş Prokurorluq bundan əvvəl M.Saakaşvili barəsində axtarış elan edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla