Yükləmə gedir gözləyin...
Azərbaycan regional tranzit mərkəzinə çevrilir - Ramin Quluzadə
Bu gün Azərbaycan həm logistika, həm də informasiya mübadiləsi sahəsində regional tranzit mərkəzinə çevrilir.
Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "BakuTel - 2017" 23-cü Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisinin açılışında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu gün Azərbaycan tranzit regional informasiya magistralının tikintisi üzrə davamlı işlər aparır: "Sərgi-konfrans çərçivəsində aparılan danışıqlar, keçirilən görüşlər İKT sektorunun inkişafına öz töhfəsini verəcək".
R.Quluzadə xatırladıb ki, bu tədbir artıq 23 ildir keçirilir: "BakuTel" bu sahədə çalışan insanları birləşdirən mühüm hadisədir. Sərgi-konfrans aparıcı biznes rəhbərlərinin və mütəxəssislərin görüş yeridir. Tədbirdə bu sektorun gələcək inkişafına dair mühüm qərarlar qəbul olunur".
Nazir əlavə edib ki, sərgidə yeni startap layihələri də nümayiş olunacaq.
Oxşar xəbərlər: