Valyuta məzənnəsi
Xəbər lentİ

“WhatsApp”dan daha bir YENİLİK

09:48, 05.09.16
azerbaycan, texnologiya
“WhatsApp”dan daha bir YENİLİK

“WhatsApp”ın “Android” tətbiqi üçün edəcəyi yenilənmədə maraqlı xüsusiyyət də əlavə ediləcək.

Xeberpress.az Technote-yə istinadən xəbər verir ki, bu xüsusiyyət “iOS” tətbitiqində bir müddətdir istifadəyə verilən “Emosiyaların böyük görünməsi” xüsusiyyətidir.

Gündəlik həyatda insanların mövcud halını ifadə etmək üçün tez-tez müraciət etdikləri emosiyaları “Android” istifadəçiləri də yenilənmədən sonra istifadə edə biləcəklər.

İstifadəçilər eyni mesajda dörd və ya daha çox emosiya göndərdiklərində, emosiyalar standart ölçülərdə görünəcək. Ancaq üç və daha az emosiya göndərdikdə isə yuxarıda paylaşdığımız şəkildə də görə biləcəyiniz kimi, emosiyaların ölçüsü böyüyəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla